Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kollektivi böyük hörmət və ehtiramla Ulu Öndər Heydər Əliyevin abidəsini və adını daşıyan mərkəzi ziyarət etmişdirlər. Dahi rəhbərin abidəsi önünə gül dəstəsi qoyulmuş və əziz xatirəsi ehtiramla anılmışdır. Daha sonra qoruğun inzibati binasında “Heydər Əliyev ideyaları və Müasir Azərbaycan” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Hacıyeva Zibeydə tərəfindən “Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu” adlı onlayn konfrans təşkil olunmuşdur. Konfransa Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları, digər idarə və təşkilat nümayəndələri də qoşulmuşdur.





Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kollektivi böyük hörmət və ehtiramla Ulu Öndər Heydər Əliyevin abidəsini və adını daşıyan mərkəzi ziyarət etmişdirlər