Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqları ərazisində silsilə ustad dərslər və elmi diskussiyalar təşkil olunmuşdur.
Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində açıq səma altında növbəti ustad dərsi keçirilib.
Tədbirin yekununda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda daha bir dəyirmi masa təşkil oluub. Bu müzakirələrdə xüsusilə Damcılı mağarası, Daşsalahlı kurqanları və Göyəzən abidələrinin yerli və beynəlxalq elmi ictimaiyyət üçün strateji əhəmiyyəti vurğulanıb, bu abidələrin elmi tədqiqi və müasir metodlarla təbliği istiqamətində fikir mübadiləsi aparılıb.














Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqları ərazisində silsilə ustad dərslər və elmi diskussiyalar təşkil olunmuşdur