“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

28 May – Müstəqillik Günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda məktəblilərin iştirakı ilə maarifləndirici ekskursiya və eksponatlardan ibarət sərgi təşkil olunmuşdur

28 May – Müstəqillik Günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda məktəblilərin iştirakı ilə maarifləndirici ekskursiya və eksponatlardan ibarət sərgi təşkil olunmuşdur.
Tədbir çərçivəsində şagirdlər qədim yaşayış məskəni olan Damcılı mağara düşərgəsi ilə yaxından tanış olmuş, burada aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılmış tapıntılar və ümumilikdə bölgənin mədəni irsi haqqında ətraflı məlumat almışlar.
Milli mədəni irsimizin təbliği məqsədi daşıyan bu tədbir elmi-maarifləndirici xarakter daşımaqla yanaşı, şagirdlərdə tarixi irsə marağın artırılmasına xidmət etmişdir.
28 May – Müstəqillik Günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda məktəblilərin iştirakı ilə maarifləndirici ekskursiya və eksponatlardan ibarət sərgi təşkil olunmuşdur
Spread the love