“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turquoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kitabxanaçılıq Texnologiyaları” adlı Sərgi və Konfrans..

28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turquoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kitabxanaçılıq Texnologiyaları” adlı Sərgi və Konfransda Azərbaycanın zəngin mədəni irsinin və arxeoloji abidələrinin təbliği məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, eləcə də xidmətin tabeliyində fəaliyyət göstərən 7 tarix və mədəniyyət qoruğunun rəhbərləri və əməkdaşları təmsil olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini təmsil edən 7 qoruqdan biri-“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu çox sayda kitab və çap məhsulu, disklər, arxeoloji qazıntılardan əldə edilmiş eksponatlardan sərgi, eləcə də böyük ölçülü tanıtım baneri ilə sərgidə təmsil olunmuşdur. Qoruğun direktoru tərəfindən guşəyə yaxınlaşan ziyarətçilərə Damcılı mağarası, orada aparılmış arxeoloji tədqiqatlar və qoruğun ümumi tarixi-mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Sərgi boyunca fərqli ölkələri təmsil edən iştirakçılarla tanışlıq imkanı əldə olunmuş, müxtəlif ölkələrin mədəni irs guşələri ziyarət edilmişdir. Restovrasiya işləri ilə məşğul olan mütəxəssislər və arxeoloqlarla yerində fikir mübadiləsi aparılmış, onların təcrübələri və yanaşmaları ilə yaxından tanış olunmuşdur. Bu interaktiv təcrübə sahə üzrə biliklərin genişlənməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasına zəmin yaratmışdır.
3 gün ərzində davam edən Sərgi-Konfrans çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus guşəyə həm konfrans iştirakçıları, həm də Səmərqənd şəhərində fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri tərəfindən çoxsaylı baxış olmuşdur. Tədbirin təşkil edildiyi “İpək yolu Turizm və Mədəni Miras Universiteti”nin kitabxanasına qoruğa aid nəşrlər hədiyyə edilmişdir.
Belə beynəlxalq tədbirlərdə iştirak, Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılması, mütəxəssislər arasında fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turquoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kitabxanaçılıq Texnologiyaları” adlı Sərgi və Konfrans..
Spread the love