“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa təşkil olunmuşdur

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa təşkil olunmuşdur. “Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər” mövzusunda keçirilən tədbir qoruğun inzibati binasında baş tutmuşdur. Tədbirdə iştirak edən qoruq əməkdaşları Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində və inkişafında müstəsna rol oynamış ümummilli lider Heydər Əliyevin xidmətləri barədə fikirlər səsləndirmişlər.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa təşkil olunmuşdur
Spread the love