2 iyul 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzində “Qazax-Ağstafa bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında: Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-5 mövzusunda elmi praktiki seminar” keçirilmişdir. Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov qoruq ərazisində yerləşən Murovul yaşayış məskəni, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədov “2016-2023 – cü illərdə Damcılı mağarasında aparılmış Azərbaycan – Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatların nəticələri”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva Alban abidələri haqqında məruzələrlə çıxış etmişlər.






