“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntı işləri

      “Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntı işləri aparılması üçün 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəsisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur.1 həftəlik axtarışdan sonra Avey dağında,Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorondum imzalanmışdır.Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix –Mədəniyyət qoruğu, AMEA  tərəfindən Arxeologiya və Etnoqrafiya İnsititutu, Yaponiya Höküməti tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır. 2016- cı ilin avqust ayının 8-dən 24-ə kimi “Avey” DTMQ-nın ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq ekspedisiyası tərəfindən tədqiqatlar aparılmışdır. İlkin tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunmuşdur.

      Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında 3,5 m dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub.Həmçinin, ərazidən Neolit dövrünə aid yastı və prizmatik ölçülü nukleuslar, disk şəkilli dikinə dişəkli boz çaxmaq daşlarından hazırlanmış qaşovlar, ox uclu ağacdan hazırlanmış yonqar tipli alətlər, hətta bir neçə lövhə üzərində dişəklənərək ibtidai tilov şəklinə salınmış qarmaqlar, indiyə qədər üzə çıxmayan 60-a qədər bir üzü yumru, bir tərəfi yastı şəkildə olan çay daşları aşkar edilmişdir. Bu alətlərin bəziləri qoruq  ərazisində saxlanmışdır. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşının müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

 













“Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntı işləri
Spread the love