Respublika Prezidenti İlham Əliyevin tövsiyyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır. 17.03.2019-cu il tarixində qoruğumuzun qonaqları respublikamızın müxtəlif bölgələrindən idi. 18.03.2019-cu tarixində isə biz öz rayonumuzda fəaliyyət göstərən müxtəlif məktəblərin şagird və müəllim kollektivini qoruğumuzda qəbul etdik. Aksiya iştirakçıları digər rayonlara səfər etməmişdən öncə öz rayonumuzun tarixi keçmişi, gəzməli-görməli yerlıəri ilə tanış oldular. “Ölkəmizi tanıyaq” devizi altında keçirilən bu maarifləndirici tur-aksiyalarda şagirdlərə “Göyəzən” və “Damcılı” filiallarında qoruğun elmi işçiləri tərəfindən ətraflı məlumatlar verilmişdir. Şagirdlərə maddi-mənəvi sərvətimiz olan abidələrin tariximizdə çox önəm daşıdığı vurğulanmışdır. Şagirdlər xoş təssərrüatla qoruğumuzdan ayrılmışlar.





