19 mart 2019-cu il tarixində qədim və milli bayramımız olan Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətilə rayonumuzda ümumrayon şənliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.
Bu tədbirdə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da qədim və tarixi maddi-mədəniyyət nümunələrini, qoruğun işçiləri tərəfindən hazırlanmış əl işlərini, milli adət-ənənələrimizi özündə əks etdirən milli atributları, milli şirniyyatları və s.dən ibarət sərgisini nümayiş etdirdi. Sərgi Rayon rəhbərliyinin və ictimaiyyətin marağına səbəb oldu.
Novruz tədbiri