“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu son illər beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ortaq mədəni irsin tədqiqi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə mühüm addım kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandumun əsas məqsədi elmi-tədqiqat işlərinin inkişafı, arxeoloji qazıntıların və ekspedisiyaların birgə təşkili, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılmasını təmin etməkdir.
Bu əməkdaşlıq “Avey” qoruğuna regionun mədəni irsinin araşdırılması, ortaq türk irsinin beynəlxalq səviyyədə təbliği və mədəni diplomatiyanın inkişafına töhfə vermək baxımından yeni imkanlar açır. Memorandum həmçinin gələcəkdə birgə layihələrin, sərgilərin və elmi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və qoruğun elmi əlaqələrinin yeni mərhələsinə keçidini təmin edir.
 
 
 
 
 
 
 
 
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır
   