“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Türkiyənin Antalya şəhərində “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium keçirilmişdir.

Türkiyənin Antalya şəhərində “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium keçirilmişdir.
Türk dünyasının Novruz bayramını qeyd etdiyi bir ərəfədə Türk xalqlarını bir araya toplamaq, onların mədəniyyətini, mədəni irsini tanıtmaq və təbliğ etmək məqsədi ilə İKSAD tərəfindən Türkiyənin Antalya şəhərində 20-23 mart 2019-cu il tarixləri arasında “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium təşkil edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu simpoziuma qatılmaq üçün “Avey” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Azərbaycanda aşkar edilmiş ilk paleolit abidələri” adlı məqalə göndərilmişdir. Məqalə təşkilatçıların marağına səbəb olmuş və simpoziumun gündəliyinə salınmışdır
Simpozium iştirakçılarına qoruq rəhbərliyi tərəfindən Azərbaycanın qərb bölgəsində yerləşən tarixi abidələr haqqında məlumat verilmiş və slayd nümayiş etdirilmişdir. Konfrans iştirakçılarına sertifikat verilmişdir.

Türkiyənin Antalya şəhərində “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium keçirilmişdir.
Spread the love