“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən bir sıra tarixi abidələrin məlumat lövhələri tam şəkildə yenilənib

Qazax rayonunda yerləşən tarix və mədəniyyət abidələrinin tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidələrin məlumat lövhələrinin yenilənməsi işlərinə başlanılıb.
Layihə çərçivəsində Qazax “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən bir sıra tarixi abidələrin məlumat lövhələri tam şəkildə yenilənib.
Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanıb. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən bir sıra tarixi abidələrin məlumat lövhələri tam şəkildə yenilənib
Spread the love