“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə qoruq ərazisinə ekskursiya təşkil edilmişdir

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tövsiyə etdiyi tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin canlandırılması, insanların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar tapşırığa əsasən “18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 15.04.2019-cu il tarixində BDU-nun Qazax filialının tələbələrini qoruğun “Göyəzən” və “Damcılı” filiallarına dəvət etmişdir. Abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə təşkil edilən bu ekskursiyada tələbələrə qoruq əməkdaşları tərəfindən ətraflı məlumatlar verildi. Tələbələrə xüsusi qeyd edildi ki, “Damcılı mağara düşərgəsi” dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Avey dağında olan yaşı əsrləri və minillikləri əhatə edən mağaralar çoxdur. Bu ekskursiyada məqsəd ulu əcdadlarımızdan bizə miras qalmış “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən tarixi-memarlıq adidələrini ölkəmizin gələcəyi olan gənc nəsilə daha dərindən tanıtmaq və sevdirməkdir.
Sonda qonaqlara çay süfrəsi təşkil edildi.

“18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə qoruq ərazisinə ekskursiya təşkil edilmişdir
Spread the love