“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Dalğalan zirvələrdə uca bayrağım” – Damcılıda Konstitusiya və Suverenlik ilinə həsr olunan maarifləndirici yürüş

“Dalğalan zirvələrdə uca bayrağım” – Damcılıda Konstitusiya və Suverenlik ilinə həsr olunan maarifləndirici yürüş.
2025-ci ilin ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında “Dalğalan zirvələrdə uca bayrağım” adlı yürüş təşkil olunub. Tədbirin əsas məqsədi gənc nəsildə konstitusion dəyərlərə hörmətin, milli suverenlik ideyalarının və tariximizə bağlılığın daha da möhkəmləndirilməsi olub.
Yürüşdə Bakı Dövlət Universitetinin Qazax filialının tələbə və müəllim heyəti iştirak edib. İştirakçılara Damcılı ərazisində yerləşən tarixi və arxeoloji abidələr barədə ətraflı məlumat verilib, mədəni irsimizlə bağlı faktlar diqqətə çatdırılıb. Maarifləndirici proqram çərçivəsində abidələrlə bağlı videoçarx nümayiş etdirilib, “Damcılı mağarası” və ətrafında aparılmış elmi-arxeoloji tədqiqatları əhatə edən nəşrlər təqdim olunub.
Yürüş iştirakçıları, həmçinin yaponiyalı və azərbaycanlı mütəxəssislərin müxtəlif illərdə həyata keçirdikləri qazıntılar zamanı aşkar edilmiş tapıntılardan ibarət sərgi ilə tanış olublar. Sərgidə təqdim olunan eksponatlar Qazax bölgəsinin qədim yaşayış izlərini, maddi-mədəniyyət nümunələrinin zənginliyini və regionun elmi baxımdan əhəmiyyətini nümayiş etdirib.
Tədbir çərçivəsində gənclərə milli dövlətçiliyimizin hüquqi əsaslarının – Konstitusiyanın mahiyyəti, suverenliyin qorunmasının tarixi və müasir çağırışları barədə fikirlər çatdırılıb, dövlət rəmzlərinə ehtiramın önəmi vurğulanmışdır.
“Dalğalan zirvələrdə uca bayrağım” – Damcılıda Konstitusiya və Suverenlik ilinə həsr olunan maarifləndirici yürüş
Spread the love