“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilmişdir

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizdə mühüm siyasi-ideoloji hadisə kimi qiymətləndirilir.
15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilmişdir. Yarışın əsas məqsədi dövlətimizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri ilə bağlı biliklərin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin zəngin tarixi irsinin təbliği, eləcə də regionun milli-mədəni dəyərlərinə marağın artırılmasıdır.
Bilik yarışının qiymətləndirilməsini Qazax rayonu ümütəhsil məktəbinin direktor və müəllimlərindən, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektorunun nümayəndələri və “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarından ibarət münsiflər heyəti həyata keçirmişdir.
20 komandanın və hər komandada 4 müəllimin iştirakı ilə keçirilən yarış 3 mərhələdən ibarət olmuşdur. İştirakçılar “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdəki tarixi abidələr və suverenlik mövzularını əhatə edən 40 sualdan ibarət 3 mərhələdə biliklərini sınamışdırlar.
Bilik yarışının sonunda I yerə Səməd Vurğun adına şəhər 2 saylı məktəbinin müəllimlərindən ibarət “Qazax”, II yerə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinin müəllimlərindən ibarət “Qarabağ”, III yerə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin müəllimlərindən ibarət “Qubadlı” komandaları layiq görülmüşdür. Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.
Belə yarışlarda xüsusilə müəllimlərin iştirakı gələcək nəsillərə Vətən sevgisinin, hüquqi düşüncənin və dövlətə sədaqətin aşılanmasında böyük əhəmiyyət daşıyır. Bilik yarışı sağlam rəqabət, yüksək intellekt və milli həmrəylik ruhu ilə yadda qaldı.
Tədbirdə ümumilikdə 153 nəfər iştirak etmişdir.
15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilmişdir
Spread the love