Qazax rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Biz birlikdə güclüyük” adlı veloyürüş təşkil edilmişdir.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi gənc nəslin dövlətçilik düşüncəsinin formalaşdırılması, hüquqi şüurun yüksəldilməsi və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
21 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə rayonun məktəbliləri və gənclərinin iştirakı ilə qoruğun dünya əhəmiyyətli abidəsi olan Damcılı mağara düşərgəsinə 5 km məsafədə “Biz birlikdə güclüyük” şüarı altında 40 nəfəri gənc olmaqla, ümumilikdə 70-ə yaxın iştirakçının qatıldığı veloyürüş təşkil edilmişdir.
Yürüşün əsas məqsədi gənclər arasında Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və milli birlik ideyasının təbliği, sağlam həyat tərzinin təşviqi, eyni zamanda Damcılı mağara düşərgəsi kimi mühüm tarixi-mədəni irs nümunəsinin tanıdılması olmuşdur.
Veloyürüş zamanı iştirakçılar Qazax rayonunun Daş salahlı kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət etmiş, vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılmış və buradan yürüşə start verilmişdir.
Yürüşün sonunda iştirakçılara qoruğun “Damcılı” filialında slaydlar vasitəsilə ətraflı məlumat təqdim edilmiş, qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş etdirilmişdir. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunmuş, veloyürüş çay süfrəsi ətrafında səmimi ünsiyyət şəraitində başa çatmışdır.
21 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” şüarı altında veloyürüş təşkil edilmişdir
