16 fevral 2026-cı il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları qoruğun fəaliyyətinin 37 illik yubileyi münasibətilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri ilə görüş keçiriblər.
Tədbirdə “Avey Qoruğu – Qazaxın təbiət və tarixlə yazılan 37 ili” adlı təqdimat slaydlar vasitəsilə nümayiş olunub. Çıxış zamanı Qazax rayonunun zəngin tarixi-mədəni irsi, ərazidə yerləşən qədim abidələr, onların elmi və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Avey” qoruğu uzun illərdir bölgənin maddi-mədəni irsinin qorunması, tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərir.
Tədbirin davamında tələbələr üçün Qazax rayonu və onun tarixi abidələrinə həsr olunmuş sual-cavab xarakterli viktorina təşkil olunub. Qalib gələn tələbələrə xatirə hədiyyələri təqdim edilib.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları qoruğun fəaliyyətinin 37 illik yubileyi münasibətilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri ilə görüş keçiriblər
