“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Orta əsrlər- Adı: Mis dirhəmlər / Middle Ages-Name: Copper Dirhams

 

Adı: Mis dirhəmlər

Tapıldığı yer: Alban məbədi (2023-2024)

Dövrü: Orta əsrlər

Orta əsrlərə aid mis dirhəmlər, arxeoloji baxımdan çox əhəmiyyətli tapıntılardır. Alban məbədi ətrafında aparılan arxeoloji qazıntılar zamanı qəbir abidələrinin birindən mis sikkələr tapılmışdır. Üzərləri çox da korroziyaya uğramayan və oxunaqlı vəziyyətdə olan mis sikkələrin üzəri oxunarkən aydın oldu ki, bu dirhəmlər Elxani (Hülakü) hökmdarı Abaqa xan dövründə zərb edilmiş pul nişanlarıdır. Mis dirhəmlər hicri 663-cü ildə (miladi 1265) Təbrizdə zərb edilmiş, ölçüləri: diametri 20 mm, çəkisi isə 2,76 qramdır. “Qaan əl-adil” növünə aid mis dirhəm hesab olunurlar. İnsan skeletinin üzərindən mis sikkələrin tapılması mərhumun dəfn olunduğu dövrü müəyyən etmək baxımından əhəmiyyətli tapıntıdır.

Atası Hülakü xan tərəfindən Mazandaran və Xorasan valisi təyin olunan Abaqa xan 1265-ci ildə atasının ölümündən sonra Azərbaycana, qurultaya qayıtmış və qardaşı Yoşmutla mübarizədən qalib seçilərək elxan elan olunmuşdur. 19 iyun 1265 ci ildə Ərak şəhəri yaxınlığındakı Duzlu göl sahilində taxta çıxmışdır. Abaqa xan Elxanilərin paytaxt şəhəri kimi Təbriz şəhərinin olması qərarını vermişdir. Təbriz monqollar və türklər üçün iqtisadi baxımdan çox əlverişli bölgədə yerləşməkdə idi.

Name: Copper Dirhams
Discovery Site: Alban Temple (2023–2024)
Period: Middle Ages

Copper dirhams dating to the Medieval period are archaeologically significant finds. During archaeological excavations conducted around the Alban temple, copper coins were discovered in one of the grave monuments. The surfaces of the coins were not heavily corroded and remained in a legible condition. Upon examination of the inscriptions, it became clear that these dirhams were minted during the reign of the       Ilkhanid (Hulaguid) ruler Abaqa Khan.

The copper dirhams were struck in 663 AH (1265 CE) in Tabriz. Their specifications are as follows: diameter – 20 mm; weight – 2.76 grams. They are classified as copper dirhams of the “Qaan al-ʿAdil” type. The discovery of copper coins on the human skeleton is an important archaeological indicator for determining the period in which the deceased was buried.

Appointed governor of Mazandaran and Khorasan by his father Hulagu Khan, Abaqa Khan returned to Azerbaijan in 1265 after his father’s death to attend the qurultai. Having emerged victorious in the struggle against his brother Yosmut, he was proclaimed Ilkhan. On June 19, 1265, he ascended the throne near the city of Arak, on the shore of the Salt Lake. Abaqa Khan decided that Tabriz would serve as the capital city of the Ilkhanate. Tabriz was situated in an economically advantageous region for the Mongols and Turks.

 

 

 

 

 

Orta əsrlər- Adı: Mis dirhəmlər / Middle Ages-Name: Copper Dirhams
Spread the love