Adı: Əqiq muncuqları
Tapıldığı yer: 1 saylı Damcılı (Dəlləkli) kurqanı 2024.
Dövrü: Son tunc-erkən dəmir dövrü
2024-cü ildə 1 saylı Damcılı (Dəlləkli) kurqanında aparılan arxeoloji qazıntı işləri zamanı kurqan qəbirlərindən 5 ədəd əqiq daşından hazırlanmış muncuq aşkar edilmişdir.
Kurqan qəbirlərindən tapılan muncuqlar əqiq daşından kəsmə və doğrama üsulu ilə hazırlanmış, armudvari, çəlləkvari, bikonik və badamvari formaya salınmışdır. Əsasən tünd və açıq qırmızı materialdan hazırlanan əqiq muncuqlar qəbir kamerasında insan skeletlərinin boyun sümükləri ətrafından tapılmışdır.
Onlardan biri süd rəngli olub, üzərində maraqlı həndəsi təsvir vardır. Lakin bu təsvir insan əməyinin məhsulu deyil, daşın təbii quruluş və kəsim xüsusiyyətindən irəli gəlir. Digər muncuq çəlləkvari formada olub boz rənglidir. Qalan üç muncuq isə açıq qırmızı rəngli və çəlləkvari formadadır.
Tapılan muncuqlar həmin dövrün dəfn adət-ənənələri, bəzək mədəniyyəti və sənətkarlıq səviyyəsi haqqında mühüm məlumat verir. Əqiq daşının seçilməsi isə həm estetik zövqü, həm də bu daşın qədim inanclarda qoruyucu və simvolik məna daşıdığını göstərir. Bu tapıntılar kurqanın xronoloji çərçivəsinin müəyyənləşdirilməsi və bölgənin qədim əhali mədəniyyətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Name: Agate Beads
Discovery Site: Damjili (Dallakli) Kurgan No. 1, 2024
Period: Late Bronze–Early Iron Age
During the archaeological excavations carried out in 2024 at Damcılı (Dəlləkli) Kurgan No. 1, five beads made of agate were discovered from the kurgan burials.
The beads found in the kurgan were crafted from agate using cutting and carving techniques and shaped into pear-shaped, barrel-shaped, biconical, and almond-shaped forms. Mostly made from dark and light red material, the agate beads were discovered around the neck bones of human skeletons in the burial chambers.
One of the beads is milky in color and features an interesting geometric pattern. However, this pattern is not a product of human craftsmanship but results from the natural structure and cutting characteristics of the stone. Another bead is barrel-shaped and gray in color. The remaining three beads are light red and barrel-shaped.
These beads provide important information about the burial customs, decorative culture, and craftsmanship of the period. The selection of agate indicates both aesthetic taste and the stone’s protective and symbolic significance in ancient beliefs. These findings are of particular importance for establishing the chronological framework of the kurgan and for studying the material culture of the ancient population of the region.
