Adı: Qolbaqlar
Tapıldığı yer: 1 saylı Damcılı (Dəlləkli) kurqanı 2024.
Dövrü: Son tunc-erkən dəmir dövrü
Tuncdan hazırlanmış 3 ədəd qolbaq qəbir kamerasında aparılan arxeoloji qazıntılar zamanı 1-ci və 2-ci insan skeletlərinin ətrafından aşkar edilmişdir. Qolbaqların skeletlərin bilək hissəsinə yaxın mövqedə tapılması onların dəfn mərasimi zamanı ölülərin üzərində bəzək əşyası kimi saxlanıldığını göstərir. Bu fakt həmin dövrdə bəzək məmulatlarının həm estetik, həm də sosial-mədəni əhəmiyyət daşıdığını sübut edir.
Qolbaqların hər üçü lentvari en kəsiyə malikdir. Eyni zamanda nümunələr dairəvi formalı olub, nazik və qalın tunc məftildən hazırlanmışdır. Onların hazırlanma texnikasında döymə və formaya salma üsullarından istifadə olunduğu ehtimal edilir. Metalın səthi hamar işlənmiş, konstruktiv baxımdan sadə, lakin zərif görünüşə malikdir. Diametrləri 3,5–4 sm arasında dəyişir ki, bu da onların əsasən yeniyetmə və ya qadın skeletlərinə aid ola biləcəyini göstərir.
Bu qolbaqlar tipoloji xüsusiyyətlərinə görə Son Tunc – Erkən Dəmir dövrünə aid edilir. Həmin dövr Cənubi Qafqaz və Azərbaycan ərazisində metallurgiyanın geniş inkişaf etdiyi mərhələ kimi xarakterizə olunur. Bu tip qolbaqlar bölgənin digər arxeoloji abidələrində də aşkar edilmiş analoji nümunələrlə müqayisə edilərək xronoloji baxımdan eyni mərhələyə aid edilir.
Tapıntılar göstərir ki, Son Tunc – Erkən Dəmir dövründə əhali metal işləmə sənətinə yüksək səviyyədə yiyələnmiş, həm gündəlik istifadə, həm də bəzək məqsədli məmulatlar istehsal etmişdir. Qəbir inventarı tərkibində bu cür əşyaların mövcudluğu isə sosial status, inanclar və dəfn adətləri haqqında mühüm məlumat verir.
Name: Bracelets
Discovery Site: Kurgan No. 1, Damjili (Dallakli), 2024
Period: Late Bronze–Early Iron Age
Three bronze bracelets were discovered during archaeological excavations in the burial chamber, found near the first and second human skeletons. Their placement near the wrists of the skeletons indicates that the bracelets were worn as personal adornments during the burial ceremony. This fact demonstrates that decorative objects in that period held both aesthetic and socio-cultural significance.
All three bracelets feature a ribbon-like cross-section. They are circular in form and were made from thin and thick bronze wire. It is likely that hammering and shaping techniques were used in their production. The surface of the metal is smoothly finished, and while the design is structurally simple, it presents an elegant appearance. Their diameters range between 3.5–4 cm, suggesting that they were primarily intended for adolescent or female skeletons.
Typologically, these bracelets are attributed to the Late Bronze–Early Iron Age. This period in the South Caucasus and the territory of present-day Azerbaijan is characterized by the extensive development of metallurgy. Similar bracelets have been found in other archaeological sites in the region, and comparisons indicate that they belong to the same chronological phase.
The findings demonstrate that during the Late Bronze–Early Iron Age, the population had achieved a high level of skill in metalworking, producing items for both daily use and decorative purposes. The presence of such objects in burial inventories provides valuable information about social status, beliefs, and funerary practices of the period.
