“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Dövrü: Son tunc-erkən dəmir dövrü-Adı: Sırğa / Period: Late Bronze–Early Iron Age-Name: Earring

Adı: Sırğa

Tapıldığı yer: 3 saylı Damcılı (Dəlləkli) kurqanı 2024.

Dövrü: Son tunc-erkən dəmir dövrü

Son Tunc – Erkən Dəmir dövrünə aid edilən və tuncdan hazırlanan bu sırğa qalın məftildən düzəldilmişdir. Məmulat dairəvi en kəsiyə malik olub, bu xüsusiyyət onun hazırlanma texnikasını aydın şəkildə göstərir. Sırğanın diametri 2 sm-dir. Forma baxımından sadədir, üzərində hər hansı naxış və ya ornament müşahidə olunmur.

Hazırlanma texnikasına görə sırğanın döymə və bükmə üsulu ilə formaya salındığı ehtimal olunur. Qalın tunc məftilin dairəvi şəkildə əyilməsi ilə əldə edilmiş bu tip məmulatlar dövrün metal işləmə sənətinin praktik və funksional xarakter daşıdığını göstərir. Sadə quruluşuna baxmayaraq, estetik baxımdan səliqəli və proporsional formaya malikdir.

Qazax rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı bu tip sırğaların zəncir qalıqları ilə birlikdə aşkar olunması onların yalnız sırğa kimi deyil, eyni zamanda asma bəzək əşyası kimi də istifadə edildiyini göstərir. Bu fakt həmin dövrdə bəzək əşyalarının çoxfunksiyalı xarakter daşıdığını və geyim elementləri ilə birlikdə kompleks şəkildə tətbiq olunduğunu sübut edir.

Belə tapıntılar Son Tunc – Erkən Dəmir dövründə bölgədə metallurgiyanın inkişaf səviyyəsini, zərgərlik ənənələrinin formalaşmasını və əhalinin estetik zövqünü əks etdirir. Eyni zamanda dəfn abidələrində bu cür əşyaların aşkarlanması onların sosial-mədəni əhəmiyyət daşıdığını, bəzək məmulatlarının status və kimlik göstəricisi kimi çıxış etdiyini deməyə əsas verir.

Name: Earring
Discovery Site: Kurgan No. 3, Damjili (Dallakli)), 2024
Period: Late Bronze–Early Iron Age

This earring, dating to the Late Bronze–Early Iron Age and made of bronze, is crafted from a thick wire. The artifact has a circular cross-section, clearly indicating its manufacturing technique. The diameter of the earring is 2 cm. In terms of form, it is simple, without any decorative patterns or ornaments.

Based on its production technique, it is likely that the earring was shaped by hammering and bending. Items of this type, created by bending thick bronze wire into a circular form, demonstrate the practical and functional character of metalworking during the period. Despite its simple structure, the earring has a neat and proportionally pleasing aesthetic.

During archaeological excavations in the Qazakh district, earrings of this type have been discovered together with chain fragments, indicating that they were used not only as earrings but also as hanging ornaments. This fact shows that decorative objects in that period were multifunctional and often applied in combination with clothing elements.

Such findings reflect the level of metallurgical development in the region during the Late Bronze–Early Iron Age, the formation of jewelry-making traditions, and the aesthetic taste of the population. At the same time, the presence of such objects in burial sites suggests their socio-cultural significance, with decorative items serving as indicators of status and identity.

Dövrü: Son tunc-erkən dəmir dövrü-Adı: Sırğa / Period: Late Bronze–Early Iron Age-Name: Earring
Spread the love