“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları qoruğun “Damcılı mağara düşərgə”sində qonaq oldular

Dünən aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları qoruğun “Damcılı mağara düşərgə”sində qonaq oldular. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən bu səfərdə qonaqlara qoruğumuzda olan tarixi abidələrimiz, xüsusilə də dünya əhəmiyyətli Damcılı mağarası haqqında məlumat verildi. Qonaqlar Damcılı bulağını çox bəyəndiklərini, xüsusilə, Avey dağının əsrarəngiz gözəlliyinə, təmiz, saf suyuna və havasına valeh olduqlarını bildirdilər. Qonaqlara qoruğumuz haqqında məlumatlar olan rus və ingilis dillərində flayerlər paylandı.

Azərbaycan Respublikasında fəaliyyət göstərən 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları qoruğun “Damcılı mağara düşərgə”sində qonaq oldular
Spread the love