Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kollektivi ilk öncə rayonda fəaliyyət göstərən Heydər Əliyev mərkəzində olmuşlar. Heydər Əliyevin abidəsinin önünə gül qoyulmuş və bir anlıq sükutla yad edilmişdir. Sonra dahi şəxsiyyət haqqında film izlənmiş, mərkəzin işçiləri tərəfindən məlumatlar dinlənilmişdir. Daha sonra qoruğun idarə binasında dəyirmi masa təşkil edilmişdir. Qoruğun rəhbəri və işçiləri Heydər Əliyevin həyat və yaradıcılığından, quruculuq işlərindən, mədəniyyətə göstərdiyi qayğıdan bəhs etmişdirlər.
Ümumillilider, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edildi