“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 09 iyun 2026-cı il tarixində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Mənim yaşadığım şəhər” mövzusunda rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 09 iyun 2026-cı il tarixində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Mənim yaşadığım şəhər” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Tədbirdə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, şəhərsalma ənənələrinin qorunması, memarlıq irsinin təbliği və gənc nəslin bu sahəyə marağının artırılması istiqamətində çıxışlar edilib. Daha sonra iştirakçıların mövzuya həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib, onların yaradıcılıq nümunələri böyük maraqla qarşılanıb.
Tədbirin sonunda müsabiqənin qalibləri diplom və hədiyyələrlə, digər iştirakçılar isə fəxri fərmanla təltif olunub.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 09 iyun 2026-cı il tarixində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Mənim yaşadığım şəhər” mövzusunda rəsm müsabiqəsi keçirilib
Spread the love