Azərbaycan Respublikasında 2026-cı ilin 18 may-18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar İnsan Hüquqları Aylığı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında insan hüquq və azadlıqlarının təbliği məqsədilə maarifləndirici kitab sərgisi təşkil olunub.
Sərgidə insan hüquqları, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, tolerantlıq və multikultural dəyərlərə həsr olunmuş nəşrlər nümayiş etdirilibdir. Tədbirin məqsədi iştirakçıların insan hüquqları sahəsində biliklərinin artırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və bu sahədə mövcud ədəbiyyatın geniş ictimaiyyətə tanıdılması olub.
Sərgi iştirakçıları nümayiş etdirilən kitablarla yaxından tanış olub, insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan Respublikasında 2026-cı ilin 18 may-18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında insan hüquq və azadlıqlarının təbliği məqsədilə maarifləndirici kitab sərgisi təşkil olunub
