“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialında yaşıllıq sahələrinin qorunması və ekoloji mühitin sağlam saxlanılması məqsədilə əkilmiş ağaclara müntəzəm aqrotexniki qulluq göstərilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialında yaşıllıq sahələrinin qorunması və ekoloji mühitin sağlam saxlanılması məqsədilə əkilmiş ağaclara müntəzəm aqrotexniki qulluq göstərilir. Ağacların normal inkişafı və uzunömürlülüyünün təmin olunması üçün alaq otlarından təmizlənməsi, ot biçimi və digər zəruri qulluq işləri planlı şəkildə həyata keçirilir. Görülən bu tədbirlər ərazidə yaşıllıqların mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və təbii landşaftın daha da zənginləşdirilməsinə xidmət edir

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialında yaşıllıq sahələrinin qorunması və ekoloji mühitin sağlam saxlanılması məqsədilə əkilmiş ağaclara müntəzəm aqrotexniki qulluq göstərilir
Spread the love