“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qazax rayonunda fəaliyyət göstərən “1 İnci Psixologiya və Nitq Mərkəzi”nin xüsusi qayğıya ehtiyacı olan uşaqları Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasında qonaq olublar

19 avqust 2026-cı il tarixində Qazax rayonunda fəaliyyət göstərən “1 İnci Psixologiya və Nitq Mərkəzi”nin xüsusi qayğıya ehtiyacı olan uşaqları Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasında qonaq olublar.
Görüşün əsas məqsədi uşaqların maddi-mədəni irs nümunələri ilə yaxından tanışlığını təmin etmək, onların sosial inteqrasiyasına dəstək olmaq, dünyagörüşünü genişləndirmək və biliklərini zənginləşdirməkdən ibarət olub.
Tədbir çərçivəsində balaca qonaqlara ilk olaraq qoruğun inzibati binasında Qazax rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələri haqqında slayd təqdimatı vasitəsilə ətraflı məlumat verilib. Uşaqlar abidələrin tarixi, əhəmiyyəti və bölgənin zəngin mədəni irsi barədə maraqlı məlumatlarla tanış olublar.
Daha sonra qonaqlar üçün Qazax rayonunun tarixi-mədəni irs nümunələrini əks etdirən sərgi təşkil olunub. Sərgi uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, onlar abidələr və tarixi irsimiz haqqında öyrəndiklərini paylaşaraq müxtəlif suallar veriblər.
Tədbirin sonunda balaca qonaqlara xatirə hədiyyələri təqdim olunub və onlarla xatirə şəkilləri çəkdirilib.
Səmimi və xoş əhval-ruhiyyədə keçən görüş uşaqların tarixi-mədəni irsimizə marağının artırılması, onların sosial ünsiyyət bacarıqlarının dəstəklənməsi və asudə vaxtlarının faydalı təşkili baxımından əhəmiyyətli olub.

Qazax rayonunda fəaliyyət göstərən “1 İnci Psixologiya və Nitq Mərkəzi”nin xüsusi qayğıya ehtiyacı olan uşaqları Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasında qonaq olublar
Spread the love