Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilmiş “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar qoruğun inzibati binasında dəyirmi masa təşkil edilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı, Vətənə olan sevgisi və göstərdikləri misilsiz şücaət haqqında çıxışlar edilib.
Tədbirin sonunda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları Qazax şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin məzarları önünə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar qoruğun inzibati binasında dəyirmi masa təşkil edilib
