Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilmiş “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən Qazax rayonu Musa Həsənov adına I Şıxlı kənd tam orta məktəbində 8, 9 və 10-cu sinif şagirdləri üçün “Açıq dərs” təşkil edilib.
Açıq dərs zamanı şagirdlərə Qazax rayonunun qədim tarixi, ərazidə yerləşən tarix-mədəniyyət abidələri, eləcə də abidələrdə aparılmış arxeoloji qazıntılar və əldə olunan elmi nəticələr barədə ətraflı məlumat verilib. Tədbirdə tarixi-mədəni irsin qorunmasının əhəmiyyəti və gənc nəslin bu sahədə maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Musa Həsənov adına I Şıxlı kənd tam orta məktəbində 8, 9 və 10-cu sinif şagirdləri üçün “Açıq dərs” təşkil edilib
