“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qədim Qazaxın tarixi və mədəni irsi” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvlərinin iştirakı ilə Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qədim Qazaxın tarixi və mədəni irsi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi Qazax rayonunun zəngin tarixi və mədəni irsini gənclər arasında təbliğ etmək, onların milli-mədəni dəyərlərə marağını artırmaq, tarixə və tarixi abidələrə hörmət hissini gücləndirmək olub.
Tədbir zamanı iştirakçılara Qazax rayonunun qədim tarixi, arxeoloji irsi, maddi-mədəniyyət nümunələri və bölgədə yerləşən tarix-mədəniyyət abidələrinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin muzeylərin tarixi yaddaşın qorunmasında, milli-mədəni irsin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında mühüm rolu diqqətə çatdırılıb.
Gənclərə tarixi abidələrin qorunmasının vacibliyi izah olunub, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın və mədəni irsimizin təbliğində fəal iştirak etməyin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində Qazax rayonundan olan şəhidlərimizin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan da bəhs edilib. Şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının, onların şərəfli həyat və döyüş yolunun gənc nəslə tanıdılmasının vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, qəhrəmanlarımızın Vətənə sevgisi və fədakarlığı gənc nəsil üçün əsl örnəkdir.
Bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin tarixi keçmişimizə marağının artırılmasına, milli-mədəni irsimizə bağlılığının gücləndirilməsinə, eləcə də tarixi abidələrin qorunması istiqamətində bilik və məsuliyyətlərinin artırılmasına xidmət edir.
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qədim Qazaxın tarixi və mədəni irsi” adlı maarifləndirici tədbir keçirilib
Spread the love