“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Mədəni irsimiz–milli sərvətimiz” adlı açıq dərs keçirilib

22 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Mədəni irsimiz–milli sərvətimiz” adlı açıq dərs keçirilib.
Açıq dərsin əsas məqsədi gənclərə milli-mədəni irsimizin zənginliyi, tarixi abidələrimizin qorunmasının əhəmiyyəti və onların gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə məlumat vermək, tələbələrdə tarixi-mədəni dəyərlərimizə hörmət və milli-mənəvi irsimizə bağlılıq hissini gücləndirmək olub.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ilə bağlı viktorina keçirilib, sualları düzgün cavablandıran qaliblər mükafatlandırılıblar.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Mədəni irsimiz–milli sərvətimiz” adlı açıq dərs keçirilib
Spread the love