28.05.2019-cu il tarixində “Respublika günü” münasibəti ilə Goranboy və Gəncə şəhərlərindən qoruğumuzun “Damcılı” filialına xeyli sayda məktəblilər gəlmişdir. Onlara Damcılı mağara düşərgəsi və tarixi abidələrimiz haqqında geniş məlumatlar verilmişdir. Maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi pavilyon isə şagirdlərdə xüsusi marağa səbəb olmuşdur.
“Respublika günü” münasibəti ilə qoruq ərazisinə ekskursiya təşkil edilmişdi