“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN “AVEY” DÖVLƏT TARİXİ-MƏDƏNİYYƏT QORUĞU AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ YAPONİYANIN TOKİO UNİVERSİTETİ UNİVERSİTET MUZEYİ ARASINDA QARŞILIQLI ƏMƏKDAŞLIQ HAQQINDA MEMORAND

PROBLEM

Neolit – bəşəriyyətin inkişafında köklü dəyişikliklər zamanı birinci ərzaq istehsalı ənənələrinin və ilkin etno-mədəni icmaların yerləşməsi dövrüdür. İnsanın ətraf mühitə uyğunlaşması ilə ayrılmaz surətdə bağlı olan araşdırmada, Mezolit və Paleolit daxil olmaqla, sələfi “ovçu-yığıcılar” olan ərzaq istehsal edən cəmiyyətin bu dövrdə necə meydana gəldiyi tədqiq edilir. Deməli, Neolit dövrü Azərbaycan tarixi və mədəniyyətinin düzgün anlaşılması, yalnız xronoloji nöqteyi-nəzərdən uzunmüddətli lazımi kompleks arxeoloji-çoxsahəli tədqiqatlar nəticəsində mümkündür.

Mədəniyyət və Turizm Nazirliyinin “Avey” Dovlət Tarixi-Mədəniyyət Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyi (“Tərəflər”) elmin universal olduğunu anlayaraq və bir çox elmi problemlərin ümumi və ya müştərək proqramlar, layihələr və ya qarşılıqlı razılaşmalar əsasında həll edilə biləcəyini nəzərə alaraq, müştərək elmi tədqiqatların keçirilməsi haqqında aşağıdakı razılığa gəldilər:

 

RAZILAŞMA

1. Qazax rayonunda, Avey dağında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək məqsədilə müştərək arxeoloji araşdırmaların təşkili;

2. Avey dağında, Damcılı mağarası da daxil olmaqla, arxeoloji qazıntı sahələrinin öyrənilməsində əməkdaşlıq;

3. Tədqiqat sahələrində araşdırmalarda Azərbaycan və Yaponiyadan olan müxtəlif ixtisaslı mütəxəssislərin (arxeobotanika, paleozoologiya, izlər əsasında tədqiqat, geomorfologiya, antropologiya və s.) əməkdaşlıqda iştirakı;

4. Qazax rayonu ərazisində tarixdən əvvəlki dövrə aid sahələrin öyrənilməsi üzrə arxeoloji-çoxsahəli araşdırmaların aparılması;

5. Gənc tədqiqatçıların tədqiqata cəlb edilməsi, praktiki və nəzəri işin konkret sahəsi üzrə təcrübə toplamalarına kömək etmək məqsədilə onların hər birinə xüsusi tapşırıqların verilməsi;

6. Müştərək işin nəticələri haqqında ümumiləşdirilmiş hesabatın yazılması;

7. Elmi seminarların, simpoziumların və görüşlərin təşkili və keçirilməsi;

8. Bu Memorandumun əsas icraçıları hər üç tərəf üzrə – tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva (“Avey” Dövlət Tarixi-Mədəniyyət Qoruğu), tarix elmləri doktoru Fərhad Quliyev, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov (Arxeologiya və Etnoqrafiya İnstitutu) və professor Yoşihiro Nişiakidir (Tokio Universitetinin Universitet Muzeyi);

9. Tədqiqatçılar üçün yaxşı şəraitin yaradılması;

10. Bu Memorandum 5 il ərzində qüvvədədir və tərəflərdən biri digərlərinə işi dayandırmaq haqqında (müddətin başa çatmasına ən azı altı ay qalmış yazılı surətdə) xəbərdarlıq etməyənə qədər avtomatik olaraq növbəti beş il müddətinə uzadılır;

11. Bu Memorandum bütün Tərəflər tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və hər versiyası eyni məzmuna malik olan iki dildə – Azərbaycan və ingilis dillərində tərtib edilir.

 

Tarix elmləri doktoru Maisə Nurbala qızı Rəhimova

Azərbaycan Milli Elmlər Akademiyası

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin

“Avey” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun direktoru

Tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva

 

 

Tokio Universiteti Universitet Muzeyinin direktoru

Professor, doktor Yoşiaki Nişino

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN “AVEY” DÖVLƏT TARİXİ-MƏDƏNİYYƏT QORUĞU AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ YAPONİYANIN TOKİO UNİVERSİTETİ UNİVERSİTET MUZEYİ ARASINDA QARŞILIQLI ƏMƏKDAŞLIQ HAQQINDA MEMORAND
Spread the love