“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

AVEY DAĞININ QƏDİM TARİXİ TƏDQİQATI 2015-ci il MÖVSÜMÜ ÜZRƏ İŞÇİ HESABAT

AVEY DAĞININ QƏDİM TARİXİ TƏDQİQATI

2015-ci il MÖVSÜMÜ ÜZRƏ İŞÇİ HESABAT

(18–21 AVQUST 2015-ci il)

Redaktoru – Yoşihiro Nişiaki

Göytəpədə Yapon Arxeoloji Missiyası

Universitet Muzeyi, Tokio Universiteti, Tokio – 2015

1.      GİRİŞ

Bu hesabatda Azərbaycan-Yaponiya arxeoloji missiyasının Göytəpədə, Avey dağında, Qərbi Azərbaycanda 18-21 avqust 2015-ci il tarixlərində kəşfiyyat qazıntı sahəsində apardığı tədqiqatın ilkin icmalı verilmişdir. Tədqiqatın məqsədi gələcəkdə bölgədə intensiv qədim tarixi araşdırmalara sərmayə qoyuluşunun məqsədəuyğunluğunu öyrənməkdən ibarət idi. Xüsusən tədqiqat Erkən, Neolitəqədərki yaşayış məskənlərini aşkar etməyə, Cənubi Qafqazda ərzaq istehsalı təsərrüfatlarının mənşəyini araşdırmaqda kömək göstərilməsinə istiqamətlənmişdir. Bu məqsəd bizim Göytəpədə və Hacı Elamxanlı Təpədə, Tovuzda apardığımız cari arxeoloji işlərdən irəli gəlir. Neolit məntəqələrindəki qazıntılarımız zamanı aydın oldu ki, bölgədə ərzaq istehsalı təsərrüfatının tarixi ən azı bizim eradan əvvəl altıncı minilliyin əvvəlinə təsadüf edir (Quliyev və Nişiaki 2012-ci il, 2014-cü il; Nişiaki və başqaları 2015-ci il). Bundan başqa, qazıntılar bu dövrdə dulusçuluqdan nadir hallarda istifadə olunduğunu, ilk ərzaq istehsalı təsərrüfatının isə bölgənin hüdudlarından kənarda tam inkişaf etmiş dulusçuluğu bilən Neolit cəmiyyətində deyil, yerli qeyri-dulusçu icmasına aid olduğu ehtimalını yaradır.

Bu nəticələr bizim üçün Mezolit cəmiyyət adlandırılan, bizim eradan əvvəl altıncı minilliyin əvvəlində ərzaq istehsalı təsərrüfatı yaradan yerli ovçu-yığıcılar cəmiyyətini tədqiq edəcək digər araşdırma məqsədini zəruri etdi. Əslində, biz artıq Zəyəmçay (2011), Əsrikçay (2012) və Tovuzçay (2013) vadiləri ərazilərində kəşfiyyat tədqiqatları aparmışdıq. Bununla belə, bu tədqiqatların heç biri Mezolit sahələri ehtimalını aşkar etməmişlər. 2013-cü il mövsümündə, əsasən, biz Tovuzdan qərbdə yerləşən dağlıq-yamaclı/dağlıq sahələrə xüsusi diqqət yetirdik, lakin bölgə Paleolit-Mezolit məşğuliyyəti üçün əlverişli hesab edilən, geoloji baxımdan əhəngdaşı törəməli mağara və qaya sığınacaqlardan ibarət olsa da, ehtimal olunan erkən yaşayış məntəqələrini müəyyənləşdirmək mümkün olmamışdı. Ona görə də biz yeni bölgələri tədqiq etmək zərurəti hiss edirdik. Beləliklə, 2015-ci ildə Avey dağı tədqiqat üçün seçildi. Bu dağ qədim yaşayış məskəni sayılan, 1950-ci ildə Mezolit dövrünə aid artefaktlar (Hüseynov, 2010-cu il) tapılmış Damcılı mağarası ilə məşhurdur. Bu faktın işığında, dağın Cənubi Qafqazın ilk ərzaq istehsalı təsərrüfatlarının əhəmiyyətli məkanı – Gəncə-Qazax düzünün yanında yerləşməsini nəzərə alsaq, Avey bizim tədqiqat üçün çox şey vəd edən sahədir.

Biz bu yayın tədqiqatını məhz bu zəmində həyata keçirdik. Tədqiqat Göytəpədəki Azərbaycan-Yaponiya Arxeoloji Missiyasının layihəsi kimi, Keşikçidağ Milli Tarixi-Mədəniyyət Qoruğunun əməkdaşlığı ilə təşkil olunmuşdu. Sonuncu Aveyin mədəni və təbii irsinə görə cavabdehlik daşıyır. Biz bu hesabatı təqdim edərkən, arxeoloji işləri aparmağımıza icazə almış Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, doktor Maisə N. Rəhimovaya təşəkkürümüzü bildirmək istəyirik. Biz həmçinin yerlərdə işlərin başa çatdırılması üçün lazımi tədbirlərin görülməsinə kömək etmiş, Göytəpədə Azərbaycan missiyasına rəhbərlik edən doktor Fərhad Quliyevə məhsuldar və davamlı əməkdaşlığa görə minnətdarıq. Sonda, xüsusilə vacib, dərin ehtiramımızı Keşikçidağ Milli Tarixi-Mədəniyyət Qoruğundan doktor Musa Mursaqulova ünvanlayırıq. Onun lütfkar anlayışı və dəstəyi olmasaydı, bu tədqiqat baş tutmazdı. Bundan başqa, d-r Mursaqulov dağla bağlı ekspert bilgilərini paylaşaraq bizim cari tədqiqatımıza qoşulmuşdu.  

Tədqiqata qoşulmuş üzvlər aşağıdakılardır:

Doktor Musa Mursaqulov, Keşikçidağ Milli Tarixi-Mədəniyyət Qoruğu, Azərbaycan

Cənab Mǝmmǝd Musaquliyev, Keşikçidağ Milli Tarixi-Mədəniyyət Qoruğu, Azərbaycan  

Cənab Pǝrviz Qasımov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Cənab Yaqub Mǝmmǝdov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan  

Cənab Şahin Səlimbǝyov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan  

Professor Yoşihiro Nişiaki, Tokio Universiteti, Yaponiya

Doktor Hiroto Nakata, Aoyama-Qakuin Universiteti, Yaponiya

Cənab Kazuya Şimoqama, Qədim Şərq Muzeyi, Yaponiya

Ezamiyyə və araşdırma məsrəfləri Tokio Universitetinin Muzey Universitetinin himayədarlığı ilə Yaponiya Elmə Dəstək Cəmiyyətinin qrantı hesabına qarşılanmışdır.

Üz qabığındakı şəkil: Tədqiqat qrupunun bir hissəsi Damcılı mağarasının önündə

2. QƏDİM TARİXİ TƏDQİQAT

2.1 Tədqiqat sahəsi

Bizim təqdiqat sahəmiz Avey dağının şərq dağətəyi ərazilərində, Azərbaycanın qərbində, Qazax rayonunun müasir Daş Salahlı qəsəbəsindən qərbdə yerləşirdi (Şəkil 1). O əksəriyyətində uzun zaman su axını olmayan çoxsaylı vadilərə parçalanmış, dərələrlə ayrılmış təxminən 21 km2 (şimaldan cənuba doğru 7 km, şərqdən qərbə doğru 3 km) sahəni tutur. Avey dağı əsasən Üst Təbaşir əhəngdaşı/təbaşir süxurlarından ibarətdir, onlardan bəziləri yaxın keçmişdə yüksək keyfiyyətli əhəngdaşı karxanaları kimi istifadə olunmuşdur. Qayaların bir neçə xətti şərqi Aveyin antiklinal yamacları üzrə inkişaf edib ki, nəticədə bəzi yerlərdə çatlar mövcuddur. Hələ uzaqdan, qayaların dibində görünən qayaaltı sığınacaqlar bizim əsas məqsədlərimiz oldular.

Şəkil 1. 2015-ci il tədqiqatı zamanı Avey dağında gedilən sahə və yerlərin xəritəsi (göy rəngli sahələr nömrələniblər).  

Azərbaycan alimləri Damcılı və Daş Salahlı adlanan qədim tarixi mağara sahələrində qazıntılar zamanı aşkar olunan tapıntılarla, bu dağlıq ərazidə Paleolit və Mezolit dövrü insanların məşğuliyyətlərinin mövcudluğunu sübut etmişlər (Hüseynov, 2010). Daş Salahlı mağarası qərbdə yerləşdiyi halda, Damcılı bizim tədqiqat sahəmizin hüdudlarındadır. Biz ilk dəfə Damcılıya gəldik və sonra dağın çoxsaylı dərələrində ona bənzər yerlər axtardıq.

2.2 Tədqiqat üsulları

Biz daha az və ya çox tətbiq edilən piyada tədqiqat üsulundan istifadə etdik. Antropogen yataqları olan mağaraları/qayaaltı sığınacaqları tapmaq üçün biz hər vadidə yuxarıda xatırlanan qayaları və dağ silsilələrini keçdik. Biz, yerləri görünməz və ya əlçatmaz edən, sıx bitkilərlə örtülmüş bəzi rayonlarda problemlərlə üzləşdik. Bu, qayanın səthini tam ziyarət etməyə bizə mane olsa da, inanırıq ki, şərq dağətəyi vadilərin əksəriyyəti tərəfimizdən kifayət qədər tədqiq olundu.  

Mağaralar/qayaaltı sığınacaqlar və ya artefaktlar yerbəyer olduqdan sonra, hər ziyarət olunan nöqtənin coğrafi məlumatı (uzunluq və en dairəsi, yüksəkliyi) müəyyənləşdirildi, daşınan GPS naviqatorun (GPSMAP 60CSx, Garmin Ltd) köməyi ilə qeydə alındı. Qayaaltı sığınacaqlar üçün biz əsas ölçüləri və meydançanın ölçüsünü Suzuki və Kobori ölçmə protokollarına (1970) müvafiq apardıq. Artefaktlar səpələndiyindən, onların paylanma diapazonu (uzunluğu və eni), imkan daxilində, təxmini ölçülmüşdü.  Ölçmələr üçün lazer uzaqölçənindən (TruPulse 200TM, Laser Technology, Inc.) istifadə edilmişdir.

2.3 Tədqiqatın nəticələri

Tədqiqatın dörd günü ərzində (18-21 avqust 2015-ci il) biz, Damçılı (QA001 kimi nömrələnmiş) daxil olmaqla, 15 qayaaltı sığınacaq; altı səpələnmiş artefakt nöqtəsi və üç sanballı ölçüdə kurqan aşkar etdik. Biz bəzi yerlərdən az miqdarda arxeoloji material topladıq.

(1) Mağaralar/Qayaaltı sığınacaqlar

– QA001: Damcılı 1

Anladığımız kimi, Damcılı yaxınlıqda, iri vadilərdən birinin ən dərin dibində yerləşən mağaralar qrupundan ibarət sahədir. Ən məşhur mağara şəkil 2-də göstərilmişdir, burada bulaq suyu, əvvəlki kimi, yeraltı su horizontundan çıxır və kiçik vadidə zəngin bitki örtüklü vahə yaradır. Bu səbəbdən, hazırda ərazi yerli sakinlərin məşhur istirahət yeridir. Rahatlıq üçün biz onu şərti olaraq Damcılı 1 mağarası adlandırırıq. Onun döşəməsi bir müddət əvvəl aparılmış inşaat işləri nəticəsində bütünlüklə betonla örtülmüşdür, bu üzdən biz antropogen təbəqəni daxildən müşahidə edə bilmədik.  

– QA002: Damcılı 2 (Şəkil 3):

Damcılı 1-dən 100 m şərqdə yerləşən, bizim tədqiqatda iri mağaralardan biri kimi qeydə alınıb. Bu 45 m eni, 8 m uzunluğu və 3,2 m hündürlüyü, 8,4 m-lik meydançası olan yerdir (cədvəl 1). Bu mağara 1950-ci illərdə geniş qazıntı işləri aparılmış “Damcılı mağarası”na müvafiqdir. Ən qədim tarixi artefaktlar səthdən toplansa da, antropogen təbəqənin əhəmiyyətli dərəcədə dərinliyə malik olduğu, çox güman ki, Paleolit dövrlərinə gedib çıxdığı ehtimal olunur.

Şəkil 2. Damcılı 1, şimal-şərqdən görünüş.

Şəkil 3. Damcılı 2, şimal-şərqdən görünüş.

– QA006 (Şəkil 4 və 5):

Biz Avey dağının cənub-şərqində daha iki, mədəni qatlarının olması ehtimal edilən iri qayaaltı sığınacaq tapdıq. Onlardan biri enli vadinin ən dərin dibində yerləşən, suyun suverən qatdan çıxdığı, topoqrafik vəziyyəti Damcılı qayaaltı sığınacağı ilə eyni olan QA006-dır. Onun ölçüləri (eni 30 m-dən çox və uzunluğu 4 m) o qədər böyükdür ki, biz burada uzunmüddətli peşəkar qatların qalmasına təəccüb edirik, hərçənd heç bir artefaktlar əldə olunmamışdı.

Şəkil 4. QA006-nın (ox) əsas görünüşü, şimal-şərqdən görünüş.

Şəkil 5. QA006 qayaaltı sığınacağı, şərqdən görünüş.

QA021 (Şəkil 6)

Digər qayaaltı sığınacaq – QA021 – 20 m-dən yuxarı olan maksimal enə malikdir. Şimala doğru yastı təbii meydança ilə qarşılaşsa da, üzərində heç bir asılı tavan yoxdur, lakin qayanın enli səthi kəskindir (şəkil 6). Son Tunc dövrünün bir nümunəsi olan saxsı parçası və obsidian lopası qırıqları bu yerin lap yaxınlığında tapılmışdı, lakin bu artefaktların qayaaltı sığınacaqla birbaşa bağlılığı öz təsdiqini tapmamışdı.

Şəkil 6. QA021 qayaaltı sığınacağı, şərqdən görünüş.

– Hər hansı ən qədim tarixə aid məşğuliyyət və ya qatın mövcudluğunu yoxlamaq üçün müxtəlif xırda qayaaltı sığınacaqlara (QA009-016, 18-19, 24) da getdik. Onlar əsasən orta ölçüdə (yəni eni 10 m-dən az deyil, uzunluğu isə bir neçə metrdir) idilər. Biz heç bir antropogen təbəqə tapmadıq, təbii çöküntünün nazik layları isə, güman ki, istisna kimi, düşən və ya qayalara atmosfer yağıntılarının təsiri ilə əmələ gəlmişdir. Biz həmçinin bu qayaaltı sığınacaqların ətrafında hər hansı arxeoloji material tapa bilmədik.

(2) Kurqanlar:

Tədqiqat zamanı üç kurqan silsiləsi (QA008, QA022 və QA023) tapılmışdı. Son iki kurqan sahəsi cənub dağətəyi hissənin yüksək yaylasında, Qazax düzünə açılan görüntülü yerdədir, hər biri dörddən ona qədər kurqandan ibarətdir. Təpələr, bir qayda olaraq, çınqıl qalağından ibarətdir, qismən kiçik və dairəvi və ya ellips formal olur. Onlar orta ölçülüdür, adətən 1-2 m uzunluğa və ya 2,5 m diametrə və 0,5-0,6 m hündürlüyə malikdir.

QA008 kurqan sahəsi (Şəkil 7) çayın qurumuş yatağının yanında frontonun aşağı hissəsində yerləşir. Biz burada quruluş etibarilə yuxarıda təsvir edilmiş kurqana bənzər, lakin daha böyük ölçülü (4-5 m-ə yaxın diametrli və 1-2 m hündürlüklü) onlarla kurqan müəyyən etdik. Bu kurqanların bəzi hissələri müasir inşaat işləri və ya soyğunçuluq nəticəsində məhv edilmişlər.

Şəkil 7. QA008 kurqan sahəsi, qərbdən baxış. Ağ oxlar kurqan təpələrinin yerləşmələrini göstərir.  

Stratiqrafik qazıntılarsız bu kurqanların tarixini müəyyənləşdirmək çox çətindir, çünki toplanmış artefaktlar kasad və ya mövcud deyillər. QA008-də tarixi Son Orta Əsrlər dövründən başlayan qab fraqmentlərinin qırmızı/qəhvəyi qalıqları səthdən toplanmışdı.

(3) Səpələnmiş artefaktlar:

Bir neçə saxsı parçası və daş qırıqları Avey dağı ətəklərindəki bəzi yerlərin səthindən tapılmışdır. QA003, kurqanlar kimi, görünməz struktura malikdir, silsilənin təpəliyindəki gəzdəkdə yerləşmişdir (Şəkil 8). Artefakt kateqoriyalarının geniş çeşidini (saxsı fraqmentləri, daş tozu, şüşə qolbağ və obsidian qırıntısı) və hesablanmış tarixlərini (Son Tunc və Antik dövrlər) nəzərə alaraq bu meydan, güman ki, zaman-zaman heyvandarlıq yatağı və yə dayanacaq yeri kimi istifadə olunmuşdur. Bununla belə, kurqanlarda təpəliyin olmaması, qədim qəbiristanlığın burada ola bilməsi ehtimalını istisna etmir.

Şəkil 8. QA003 səpilmiş artefakt, cənub-qərbdən baxış. Ağ oxlar artefaktın paylandığı ərazini göstərir.

QA003-dən fərqli olaraq, digər səpinti ərazisi. QA007 müxtəlif coğrafi xüsusiyyətlərə malikdir, alçaq təpə yanında isə düzənlik. Burada saxsı nümunəsindən, kiçik obsidian hissələrindən və daş qırıntılarından onun Son Tuncdan Erkən Dəmir əsrinə qədər dövrə aid olması təyin edilmişdir. Bu ərazinin dəfn yeri kimi istifadə olunduğuna heç bir sübut yoxdur.

Ayrı-ayrı saxsı parçaları və daş qırıntıları QA017, QA020, QA025 və QA026-dan tapılmışdı. Bununla belə, az miqdarda olan toplanmış artefaktlar bu sahələrin tarixini əminliklə müəyyənləşdirməyə imkan vermir. Bu Ay məbədi (QA005) sahəsindəki erkən Xristian monastrının Aveyin zirvəsində olması, həmçinin monastr binasının çapılmış qaya üzərində olması Son Antik dövrdə (Antik dövr bizim eranın birinci minilliyinin əvvəlidir) Aveydə və onun ətrafında məşğuliyyətin genişlənməsi ilə əlaqədar ola bilər.

3. NƏTİCƏ

Göytəpədə və Hacı Elamxanlı Təpədə Erkən Neolit cəmiyyətini müəyyənləşdirmək üçün kifayət qədər material əldə etdikdən sonra, bizim növbəti vəzifəmiz onun daha erkən icmalarla əlaqələrinin axtarışı olacaq. Bu zaman biz Cənubi Qafqazda ilk Neolit cəmiyyətinin ərzaq istehsalı təsərrüfatlarını uyğunlaşdırmış yerli Mezolit icmaları tərəfindən yaradıldığını ehtimal edirik, onların əcnəbi mənşəli olması barədə arxeoloji məlumatlar isə hələ də aydınlaşdırılmamışdır. Bu bölgənin Mezolit cəmiyyəti haqqında mövcud məlumatlar keçid dövrünü qurmaq üçün sadəcə çox kasaddır.

2015-ci il mövsümündə kəşfiyyat tədqiqatı bizim anlamımızda Cənubi Qafqazda Neolit dövrü ilə bağlı əhəmiyyətli boşluğu doldurmaq üçün ilk cəhddir. Tədqiqat gələcək təhqiqata layiq olan bir neçə sahə, xüsusən QA002 (Damcılı), QA006 və Avey dağındakı QA021-i müəyyən etdi. Bu sahələrin heç biri tədqiqatımız zamanı ən qədim artefaktlar verməsələr də, onların geomorfoloji parametrləri artefakt-yataqların daha dərin qatlarda mövcudluğu ehtimalını yaradır. Beləliklə, biz növbəti mövsümdə hər hansı antropogen təbəqələri görmək üçün bu mağara və qayaaltı sığınacaqlarda sınaq qazıntılar aparmağı təklif edirik. Belə qazıntılar bölgədə insan fəaliyyəti tarixini hətta daha erkən dövr, Paleolitdən başlamaq nöqteyi-nəzərindən bərpa etmək kimi nadir oçkan yarada bilər.

Ədəbiyyat siyahısı

Guliyev, F. and Y. Nishiaki (2012) Excavations at the Neolithic settlement of Göytepe, the middle Kura Valley, Azerbaijan, 2008–2009. Proceedings of the 7th International Congress of the Archaeology of the Ancient Near East, Vol. 3: Fieldwork and recent research, edited by R. Matthews and J. Curtis, pp. 71-84. Wiesbaden: Harrassowitz Verlag. (F. Quliyev və Y.Nişiaki (2012) Göytəpə Neolit sahəsində, orta Kür vadisində, qazıntılar, Azərbaycan, 2008-2009. 7-ci Beynəlxalq Qədim Yaxın Şərq Arxeologiya Konqresinin əsərləri, 3-cü kitab: Çöl və nisbətən yeni tədqiqatlar, R.Metyu və J.Kurtisin redaktəsi, səh. 71-84. Visbaden: Harrasouz Verlaq.)

Guliyev, F. and Y. Nishiaki (2014) Excavations at the Neolithic settlement of Göytepe, West Azerbaijan, 2010–2011. Proceedings of the 8th International Congress of the Archaeology of the Ancient Near East, Vol. 2: Fieldwork and recent research, edited by P. Bieliński, M. Gawlikowski, R. Koliński, D. Ławecka, A. Sołtysiak, and Z. Wygnańska, pp. 3–16. Wiesbaden: Harrassowitz Verlag. (F.Quliyev və Y.Nişiaki (2014) Göytəpə Neolit sahəsində, Qərbi Azərbaycanda qazıntılar, 2010-2011. 8-ci Beynəlxalq Qədim Yaxın Şərq Arxeologiya Konqresinin əsərləri, 2-ci kitab: Çöl və nisbətən yeni tədqiqatlar, P.Bielinski, M.Qavlikovski, R.Kolinski, D.Laveska, A.Soltsyak və Z.Vıqnanskanın redaktəsi, səh. 3-16. Visbaden: Harrasouz Verlaq.)

Hüseynov M. M. (2010) Azərbaycanda aşağı Paleolit (Sonrakı mağaralar ərazisinin materialları). Bakı: Arxeologiya və Etnoqrafiya İnstitutu.

Nishiaki, Y., F. Guliyev and S. Kadowaki (2015) Chronological contexts of the earliest Pottery Neolithic in the Southern Caucasus: Radiocarbon dates for Göytepe and Hacı Elamxanlı Tepe, West Azerbaijan. American Journal of Archaeology 119(3): 279–294. (Nişaki Y., F.Quliyev və S.Kadovaki (2015) Cənubi Qafqazda erkən Saxsı Neolitinin xronoloji məğzi: Göytəpə və Hacı Elamxanlı Təpə, Qərbi Azərbaycanda aparılmış radio-karbon tədqiqatın məlumatları. Amerika Arxeologiya Jurnalı 119 (3): 279-294).

Suzuki, H. and I. Kobori (1970) Report of the Reconnaissance Survey on Palaeolithic Sites in Lebanon and Syria. Bulletin of the University Museum, the University of Tokyo 1. (H.Suzuki və İ.Kobori (1970), Livan və Suriyada Paleolit dayanacaqlarda kəşfiyyat tədqiqatı üzrə məruzə. Tokio 1 Universiteti, Universitet Muzeyinin Bülleteni)

12 sentyabr 2015-ci il

Cədvəl 1. Avey dağında gedilən sahə və yerlərin tədqiqat məlumatları.

Mövsüm

GPS nöqtəsi

Sahənin N-sı

Sahənin adı

Növü

Dövr

Tapıntılar

Şimal

Şərq

Dəniz səviyyəsindən hündürlük

En

Uzunluq

Hündürlük

Meydançanın eni

Meydançanın uzunluğu

Qeyd

°

°

(m)

(m)

(m)

(m)

(m)

(m)

 

2015

409

QA001

Damcılı 1

Qayaaltı sığınacaq

yoxdur

41

8

51.6

45

13

95.1

581

17

7.3

4.2

 

2015

410

QA002

Damcılı 2

Qayaaltı sığınacaq

Paleolit, Mezolit, Neolit?

Saxsı parçası, daş qumu?

41

8

54

45

13

99.4

585

44.8

8

3.2

45+*

8.4

1950-ci illərdə M.M.Hüseynov tərəfindən qazılmışdır.

2015

411

QA003

Səpələnmiş artefakt

Son Tunc, Antik

Saxsı parçası, obsidian, daş qumu, şüşə qolbağ

41

8

76.6

45

14

21.4

589

35

65

 

2015

413

QA004

Sıldırım qaya üzərində monastr

Antik, Orta əsrlər?

41

8

83.8

45

13

21.9

902

 

2015

414

QA005

Ay məbədi

Memarlıq abidəsi

Antik, Orta əsrlər

41

8

85.9

45

13

21.3

922

Müasir hərbi hissənin yanında yerləşir

2015

418

QA006

Qayaaltı sığınacaq

yoxdur

41

9

0.07

45

14

34.4

662

31.6

4.2-8

1.2-2

35+*

3?

 

2015

420

QA007

Səpələnmiş artefakt

Son Tunc, Erkən Dəmir

Saxsı parçası, obsidian

41

8

91.6

45

14

76.8

510

34

78

 

2015

422

QA008

Kurqanlar

Son Orta əsrlər

Saxsı parçası, obsidian

41

9

14.4

45

14

79.9

502

30

40

Kurqanın diametri təxminən< 5 m

2015

423

QA009

Qayaaltı sığınacaq

yoxdur

41

9

17.3

45

14

47.6

652

5-6*

m/d

m/d

Sıx yaşıllıqlar üzündən əlçatmazdır

2015

424

QA010

Qayaaltı sığınacaq

Yoxdur

41

9

0.84

45

14

40.3

679

3*

m/d

m/d

 

2015

426

QA011

Qayaaltı sığınacaq

yoxdur

41

9

28.4

45

14

42.4

645

8.8

2.9

2.6

9+*

0.3

Təxminən 5 sm çöküntü?

2015

427

QA012

Qayaaltı sığınacaq

Yoxdur

41

9

44.6

45

14

38.3

648

8

6

1.8

m/d

m/d

 

2015

428

QA013

Qayaaltı sığınacaq

Yoxdur

41

9

44.6

45

14

38.2

651

m/d

m/d

m/d

m/d

m/d

Sıx yaşıllıqlar üzündən əlçatmazdır

2015

429

QA014

Qayaaltı sığınacaq

Yoxdur

41

9

45.1

45

14

37.7

653

3*

5+*

1.2*

m/d

m/d

Düşmüş tavan daşları

2015

430

QA015

Qayaaltı sığınacaq

Yoxdur

41

9

53.3

45

14

65.2

583

8.1

1-2.1

1.6-2.5

10+*

5*

 

2015

431

QA016

Qayaaltı sığınacaq

yoxdur

41

9

58.6

45

14

75.7

543

4

0.7

2

m/d

m/d

 

2015

432

QA017

Səpilmiş artefakt

naməlum

obsidian

41

9

63.3

45

14

84.9

539

Düşərgə

2015

433

QA018

Qayaaltı sığınacaq

yoxdur

41

9

83.5

45

14

70.6

555

5.3

0.5

2

m/d

m/d

 

2015

434

QA019

Qayaaltı sığınacaq

yoxdur

41

9

79.7

45

14

40.9

634

4.9

2.9

2.3

 

2015

435

QA020

Səpilmiş artefakt

Orta əsrlər

Saxsı parçası

41

8

45

45

13

93

621

Silsilədə

2015

436

QA021

Qayaaltı sığınacaq

Son Tunc

Saxsı parçası, obsidian

41

8

28.6

45

13

83.2

659

26.5

4-5*

27+*

1-2*

 

2015

438

QA022

kurqanlar

Naməlum

çaxmaqdaşı

41

8

0.81

45

13

78.9

691

10*

20*

4-5 kurqan

2015

439

QA023

kurqanlar

Naməlum

?

41

8

17.6

45

13

71.1

718

20*

30*

Təxminən 10 kurqan

2015

440

QA024

Qayaaltı sığınacaq

Yoxdur

41

8

47

45

13

58.2

735

8.5

4

1.5

 

2015

441

QA025

Səpilmiş artefakt

Naməlum

Saxsı parçası

41

8

55.9

45

13

32.8

685

 

2015

445

QA026

Səpilmiş artefakt

Naməlum

obsidian

41

11

76.7

45

13

58

443

 

 

Qeyd 1. Ulduzlu (*) rəqəmlər faktiki ölçülərə yaxın təxmini rəqəmlərdir.

 

          2. Toplanmış saxsı parçalarının yaşını/dövrünü müəyyənləşdirmək üçün tədqiqatın həmrəhbəri dr. Fərhad Quliyevin qiymətli məsləhətləri əvəzsiz idi. 

AVEY DAĞININ QƏDİM TARİXİ TƏDQİQATI 2015-ci il MÖVSÜMÜ ÜZRƏ İŞÇİ HESABAT
Spread the love