31.07.2019-cu il tarixində Qazax rayonunda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə iştirak edən qonaqlar tədbir sonrası Qoruğun “Damcılı” filialına gəlmişdirlər. Qonaqlara maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi pavilyon, beynəlxalq memoranduma əsasən beynəlxalq ekspedisiyanın ərazidə apardığı arxeoloji qazıntı bölgəsi və burada arxeoloji qazıntılardan tapılmış maddi-mədəniyyət nümunələri haqqında məlumatlar verilmişdir.
Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunmuşdur